Dəbdəbəli türk toyu alman mediasının gündəmində – VİDEO

13-09-2019, 06:43           
Dəbdəbəli türk toyu alman mediasının gündəmində – VİDEO
Almaniyada dəbdəbəli türk toyu alman mediasının gündəminə çevrilib.

Gündəlik nəşr edilən “Bild” qəzeti Fatih və Aleyna cütlüyünün “Youtube”də yayımlanan toy görüntülərindən istifadə edərək xəbər hazırlayıb.

Aalen şəhərində baş tutan toyda lüks avtomobil karvanı, qızıl-zinət əşyaları, bahalı restorana diqqət çəkən qəzet bəy və gəlinin yaxınlarının silahdan atəş açdığı görüntülərini də yayımlayıb.

Alman polisinin “Youtube”-da yayımlanan bu görüntülərə əsasən hər hansı bir tədbir görmədiyini vurğulayan qəzet yazıda türk toylarında silahdan atəş açılmasını ətrafda yaşayanlar üçün böyük təhlükə olduğunu qeyd edib.

Qəzet qeyd edib ki, havaya silahdan atəş açanların silahlarının sənədi olsa, 10 min avroya qədər cərimələnə bilərlər.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.