“İmamoğlu İstanbulu qazanmadı, biz hədiyyə etdik…” – AKP-li vəkildən maraqlı açıqlamalar

17-09-2019, 00:00           
“İmamoğlu İstanbulu qazanmadı, biz hədiyyə etdik…” – AKP-li vəkildən maraqlı açıqlamalar
Türkiyənin iqtidar partiyası AKP-nin parlamentdəki deputat qrupunun rəhbərlərindən olan Bülənt Turan növbəti qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

“AzPolitika.info” xəbər verir ki, “Haberturk”ə açıqlama verən AKP-li millət vəkili, Əhməd Davudoğlu ilə birgə partiyadan ayrılan şəxslərin yaradacağı partiyanın perspektivinin olmadığını söyləyib.

Bundan bir müddət əvvəl Bülənt Arıncın ünvanına söylədiyi sözlərin də üstündə durduğunu deyən B.Turan, onun PKK-ya yaxınlığı ilə seçilən deputatları dəstəkləməsinin doğru addım olmadığını bir daha vurğulayıb. Xatırladaq ki, Arınc HDP-li Əhməd Türkün PKK ilə əməkdaşlıqda günahlandırılmasının səhv olduğunu demişdi.

Bütün bunlarla yanaşı, Davudoğlunun AKP-dən getməsinin yaxşı hal olmadığını vurğulayan Turan, buna baxmayaraq, partiyasının Rəcəb Tayyip Ərdoğanın liderliyi sayəsində Türkiyədə birinciliyini qoruduğunu və daha da güclənəcəyini iddia edib. 2016-cı ilin 15 iyul çevrilişi zamanı da partiyadan 15-20 deputatın istefa verdiyini xatırladaraq, bunun AKP-ni yıxa bilmədiyini söyləyib.

AKP-li millət vəkilinin İstanbul bələdiyyəsinin CHP-li sədri Əkrəm İmamoğlunun seçkidəki qələbəsinə dair söylədikləri isə daha çox maraq doğurub. B.Turan aparıcının bu qələbə ilə bağlı sualına “İmamoğlu İstanbulu qazanmadı, biz hədiyyə etdik” deyə cavab verib. AKP-li deputat bildirib ki, bir daha Ə.İmamoğlunun İstanbulda seçki qazanması mümkün olmayacaq: “Bir daha İmamoğlunun İstanbulu qazanma ehtimalı yoxdur. Yeni dönəmdə İstanbul yenidən AKP-nin olacaq…”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.