Türkiyə XİN: “Yad ölkələrin şirkət və gəmilərinin dəniz sahəmizdə karbohidrogen axtarışlarına yol verməyəcəyik”

20-09-2019, 07:19           
Türkiyə XİN: “Yad ölkələrin şirkət və gəmilərinin dəniz sahəmizdə karbohidrogen axtarışlarına yol verməyəcəyik”
“Türkiyə heç bir halda yad ölkələrin şirkət və gəmilərinin Şimali Kipr Türk Rrespublikasının dəniz sahəsində karbohidrogen axtarışlarına başlamasına yol verməyəcək”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy Cənubi Kiprin saxta lisenziya ilə beynəlxalq şirkətlərlə müqavilə imzalaması haqqında mətbuatda çıxan yazılara mövqe bildirərkən belə açıqlama verib.

Hami Aksoy deyib ki, Türkiyə tərəfinin və Şimali Kipr Türk Respublikasının bütün xəbərdarlıqlarına baxmayaraq, Yunanıstan hökuməti ilə Cənubi Kiprin Fransanın "Total" və İtaliyanın "ENI" şirkətləri ilə imzaladğı müqavilə haqqında mətbuatda dərc olunan yalan məlumatlar ərazinin BMT-nin rəsmi sənədləri əsasında Şimali Kipr Respublikasının ərazisi olmasının hələ də dərk edilmədiyini göstərir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.