İnsanlıq ölməmişdi - Bir türk diplomatı 80 yəhudini belə xilas etdi....

20-09-2019, 08:18           
İnsanlıq ölməmişdi - Bir türk diplomatı 80 yəhudini belə xilas etdi....
Necdet Kent İkinci dünya müharibəsi illərində Türkiyənin Marseldəki Baş konsulluğunda vitse-konsul vəzifəsini tuturdu. 1943-cü ildə Türkiyə kökənli 80 yəhudinin ölüm düşərgəsinə göndərilmək üçün vaqonlara doldurulduğunu eşidəndə dəmiryolu vağzalına yollanır. Buradakı gestapoçu zabitdən vətəndaşlarını azad etmək istəyi nəticəsiz qaldıqda Kent özü də konsulluğun bir əməkdaşı ilə birlikdə vaqona minir və qatar hərəkətə başlayır.
Növbəti stansiyada almanlar Necdet Kentdən vaqonu tərk etməsini xahiş edirlər və onu Marselə qaytarmaq üçün maşın gözlədiyini bildirirlər. Amma diplomat öz vətəndaşları olmadan qatardan düşməyəcəyini bildirir. Çarəsiz qalan almanlar 80 nəfəri azad edirlər. Sonralar Kent xatirələrində yazırdı: "Qurtardığımız insanların boyunlarımıza və qollarımıza sarılmalarını, gözlərindəki minnətdarlığı, səhərə yaxın yatağıma uzanarkən hiss etdiyi daxili rahatlığı unutmaram".
Kent bundan sonra da Marseldə yəhudilərə, hətta Türkiyə kökənli olmayanlara belə, müvafiq sənədlər verərək xilas olmalarına kömək edib.
P.S. Türkiyə qanunlarına görə, xaricdə yaşayan vətəndaşlar hər beş ildən bir ölkənin diplomatik nümayəndəliyində qeydiyyatdan keçməli idilər, əks halda vətəndaşlıqları ləğv olunmuş sayılacaqdı. Türkiyə kökənli yəhudilərin əksəriyyəti bu tələbə əməl etməmişdilər və əslində vətəndaşlıqlarını itirmişdilər. Buna baxmayaraq, türk diplomatlar bir çox ölkələrdə onları xilas etməyə çalışırdılar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.