30 min terrorçuya başçılıq edən İŞİD `əmiri` Türkiyədə saxlanıldı

23-09-2019, 10:47           
30 min terrorçuya başçılıq edən İŞİD `əmiri` Türkiyədə saxlanıldı
Türkiyənin Kayseri şəhərində tutulan İŞİD komandiri Suphi Huveytlinin terror təşkilatının yüksək səviyyəli əmiri olduğu ortaya çıxıb. FaktXeber.com-un Hürriyyet-ə istinadla verdiyi məlumata görə, onun 2013-cü ildə İraqda həbsxanaya basqın nəticəsində yaralı olaraq xilas olduğu öyrənilib.

Ebu Muhammed kod adı ilə tanınan Huveytlinin əmrində 1500 texnika və 30 min İŞİD terrorçusunun olduğu bildirilir. Onun Mosul, Talafar, Beac və Sincar bölgələrdən məsul olduğu müəyyən edilib.

4 ay əvvəl Kayseridə yaşayan oğlunun yanına gələn "əmirin" Cezira məktəbi adlı hərbi düşərgədə təlim aldığı məlum olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.