Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib - Türkiyə hələ ki səbr edir...

18-10-2019, 18:32           
Ərdoğan Trampın nəzakətsiz məktubuna münasibət bildirib - Türkiyə hələ ki səbr edir...
“Trampın nəzakət qaydalarına uyğun olmayan məktubunu unutmamışıq”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın ona ünvanladığı qalmaqallı məktuba münasibət bildirərkən deyib: “Amma qarşılıqlı sevgi və sayğımız səbəbindən bunu gündəmdə saxlamalıyıq. Vaxtı gələndə bu məsələ ilə bağlı lazım olan addım atılacaq. ABŞ çərşənbə axşamınadək vədini yerinə yetirsə, təhlükəsiz bölgə məsələsini həllini tapacaq. Əks halda, hərbi əməliyyat davam etdiriləcək”.

Ərdoğan əlavə edib ki, əsas hədəf Rusiya ilə məntiqli bir razılaşma əldə etməkdir: “Şərtimi rejimin olduğu yerlərdən PKK/YPG-nin çəkilməsidir. Menbiçin rejim tərəfindən nəzarətdə saxlanması problem deyil. Suriyanın ərazi bütövlüyü təmin olunduqda hər yer bu ölkənin qanuni hökumətinin nəzarətinə keçəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.