Ərdoğan: “YPG Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib"

18-10-2019, 20:12           
Ərdoğan: “YPG Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib"
“YPG terror təşkilatı Suriyanın şimalında 750 İŞİD-çini həbsdən azad edib”.

KONKRET.AZ Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbi media nümayəndələri ilə görüşündə deyib.

Türkiyə Prezidenti bildirib ki, 750 İŞİD-çidən 195-i Türkiyə Silahlı Qüvvələri tərəfindən tutulub.

Tel Abyad və Rasulaynın terrorçulardan təmizləndiyini vurğulayan Ərdoğanın sözlərinə görə, YPG-nin 120 saat ərzində təhlükəsiz bölgədən geri çəkilməsinə ABŞ məsuliyyət daşıyır.

“Həyatımız boyu terror təşkilatları ilə mübarizə aparacaq halımız yoxdur. Suriya rejimi də terror təşkilatları ilə mübarizə aparmalıdır”, – deyə Ərdoğan qeyd edib.

O, Suriyanın şimalında 12 müşahidə məntəqəsinin qurulacağını da açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.