Pens Ərdoğanı Suriyada atəşkəsə necə razı saldı? – DETALLAR

19-10-2019, 10:47           
Pens Ərdoğanı Suriyada atəşkəsə necə razı saldı? – DETALLAR


Pens Ərdoğanı Suriyada atəşkəsə necə razı saldı? – DETALLAR
Tarix: Bu gün, 10:23 | Çap et
Pens Ərdoğanı Suriyada atəşkəsə necə razı saldı?
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və ABŞ vitse-prezidenti Maykl Pens arasında baş tutan Suriyanın şimal-şərqində türk ordusunun keçirdiyi “Sülh çeşməsi” əməliyyatının 5 günlük saxlanılmasına səbəb oldu.

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Penslə Ərdoğanın söhbəti 4 saatdan çox davam edib. Tərəflər arasında ziddiyyətli məqamlar çox olsa da, əsas problem Türkiyənin atəşkəsə razılaşmamaq niyyəti idi.

Söhbətin əvvəlində Pens Trampın Ərdoğana böyük dəyər verdiyini və onunla əməkdaşlığa hazır olduğunu söyləyib. Söhbətin davamında Türkiyə tərəfi döyüşlərdə itidikləri hərbçilərin sayını və adlarını sadalayıb. Pens isə ABŞ-dan gələn nümayəndə heyətinin əksər üzvlərinin müharibə veteranları olduğunu, öz oğlunun da hərbçi olduğunu xatırladıb. Vitse-prezident Türkiyə tərəfinə başsağlığı verib və bu danışıqlardakı gərginliyi azaldıb.

İki siyasətçi arasında söhbətin qırılma nöqtəsi Ərdoğanın atəşkəs rejiminin daimi deyil, konkret zaman çərçivəsində yeridilməsini tələb etməsi zamanı baş verib.

“Ərdoğan bu müddətin 24 ya da 48 saat olmasını istədi. Pens isə bu vaxtın çox qısa olmasını önə sürüb və qərarı şəxsən verə bilməyəcəyini əlavə edib”-deyə mənbə açıqlama verir.

Sonrakı mərhələdə tərəflər 120 saatlıq atəşkəs rejiminə razı olublar. Ankara ilə razılaşmaya əsasən, ABŞ kürd qüvvələrini Türkiyə ilə sərhəd boyu 30 kilometr geri çəkir və yaranmış bufer zonasına Türkiyədən suriyalı qaçqınlar köçürülür. Əvəzində türklər “Barış çeşməsi” əməliyyatını tam dayandırırlar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.