Ermənilərin dəstəklədiyi PKK və YPG onları belə təhqir etdi - Dini məbəd dağıdıldı və... - Video

21-10-2019, 10:59           
Ermənilərin dəstəklədiyi PKK və YPG onları belə təhqir etdi - Dini məbəd dağıdıldı və... - Video
Türkiyənin Suriyadakı “Barış Pınarı” hərbi əməliyyatı ermənilərlə bağlı daha bir biabırçılığın üstü açılıb.

“Yeni Sabah” xəbər verir ki, erməni terrorçuların dəstək verdiyi PKK və YPG terror təşkilatı “qardaşlar”ını təhqir edib.

Belə ki, onlar Təll-Abyad şəhərində yerləşən erməni klisəsini təhqir edərək pis vəziyyətə salıblar. Dini məbədi gərargah olaraq istifadə edən PKK və YPG ermənilərin müqəddəs bildiyi şəxslərin fotolarını yığışdıraraq əvəzində terrorçuların həbsdə olan lideri Abdullah Öcalanın şəkillərini oradan asıblar.

Xatırladaq ki, bir neçə gün əvvəl Nubar Ozanyan adına Suriya-Erməni Könüllüləri Batalyonu, Türkiyə Ordusuna qarşı mübarizədə kürdlərə qoşulmaq üçün Tel Temirdən Ras əl-Ayn şəhərinə yollanıb. Bununla əlaqədar batalyon müvafiq bəyanatla çıxış edib. Erməni yaraqlıları Türkiyənin Suriyadakı torpaqları ələ keçirmək istədiyini iddia edib və ərəbləri, kürdləri və erməniləri Türkiyə Ordusuna qarşı çıxmaq üçün birləşməyə çağırıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.