ABŞ kəşfiyyatından ŞOK ADDIM: Ərdoğanı belə hədəf göstərdilər - FOTO

22-10-2019, 08:56           
ABŞ kəşfiyyatından ŞOK ADDIM: Ərdoğanı belə hədəf göstərdilər - FOTO
2016-cı il 15 iyul dövlət çevrilişinə cəhd zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın olduğu təyyarənin koordinatlarını paylaşmaqla qalmaqal yaradan “Stratfor” kəşfiyyat-analitik şirkəti Ərdoğanı yenidən hədəf göstərib.

Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” adlandırılan şirkətin “Avtomobilin hədəf olduğu bir kiber hücuma hazırsınızmı?” adlı məqaləsində dünyanın minlərlə liderindən məhz Ərdoğanın xidməti avtomobilinin şəklini seçməsi diqqətdən qaçmayıb.

Məqalədə ən son texnoloji yeniliklərdən istifadə olunmaqla hazırlanan avtomobillərin kiber hücumlara qarşı açıq təhdid altında olduğu vurğulanıb və mövzu ilə bağlı müxtəlif ssenarilərdən bəhs edilib.

Qeyd edək ki, “Stratfor” 1996-cı ildə ABŞ Texas ştatının Austin şəhərində tanınmış siyasi alim Corc Fridman tərəfindən yaradılıb və bütün dünyada 2 milyonluq oxucu kütləsinə malikdir. “Stratfor” müstəqil, qeyri-siyasi və siyasi, iqtisadi, hərbi təhlilləri ilə tanınan qurumdur. Şirkətin məhsullarından ABŞ və xarici hökumətlər, qlobal korporasiyalar və fərdi şəxslər faydalanır. Amma bu şirkətin rəsmi vaşinqtonun nəzarətində olduğu kimsəyə sirr deyil və MKİ-nin əsas "partnyor"larından hesab olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.