Tənzilə Rüstəmxanlıdan Araz Əlizadəyə sərt sözlər: Çox təəssüflər olsun ki, öz daxilimizdə sənin kimi xainlər var

6-11-2019, 10:47           
Tənzilə Rüstəmxanlıdan Araz Əlizadəyə sərt sözlər: Çox təəssüflər olsun ki, öz daxilimizdə sənin kimi xainlər var
Türk düşmənləri yenə meydan sulamaqdadır. Bəziləri yenə düyməni sıxıb və trolları iş başına keçib. Bu məmləkətin həqiqi sahiblərinin türk olduğunu illərdir bu ağılsızlara başa sala bilmədik. Bunlar kimdirsə, çox təhlükəlidirlər. Araya düşmənçilik toxumunu səpənlər Azərbaycanın parlamentində deputat kürsüsünə əyləşmiş Araz Əlizadə kimilərdir.

Azərbaycanın televiziya kanallarının birində çıxış edən bu şəxs 1918-ci ildə ölkəni erməni-rus silahlı birləşmələrinin qətliamından xilas etmiş şanlı türk ordusuna böhtan ataraq şəhid olmuş insanların ruhunu təhqir edib.

Bu ölkədə onun kim olduğunu və kimin sifarişlərini yerinə yetirdiyini bilməyən yoxdur. Bizi narahat edən bu adamın deputat olmasına şərait yaradan və onun cəfəngiyyat dolu çıxışlarına yer ayıranlardır. Ulu Öndər Heydər Əliyev hər zaman “Bir millət, iki dövlət” deyib. Prezident İlham Əliyev də beynəlxalq konfranslarda “Türkiyə burada deyilsə, mən buradayam. Bir millətin iki diasporu olmaz” deyib.

Böyük Atatürk “Azərbaycanın problemi bizim problemimizdir, sevinci isə sevincimizdir” deyib.

Axı, araya nifrət toxumu səpənlər nə vaxta qədər türk millətinə qarşı həqarət nümayiş etdirəcəklər? Bir zamanlar Əbülfəz Elçibəy demişdi ki, türk deyiləm deyənə qarşı heç vaxt israr etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə biz zor gücü ilə şərəf verən deyilik.

Biz Azərbaycanda yaşayan hər millətə hörmət edirik. Hər millət bu ölkədə milli kimliyini utanmadan, çəkinmədən ifadə edə və rahat yaşaya bilər. Çünki bu, onun haqqıdır. Qafqazda Azərbaycan qədər bu mövzuda tolerant ikinci bir dövlət yoxdur. Rusiya, Ermənistan, Gürcüstan və İranda milli azlıqlara qarşı münasibətləri çox yaxşı bilirik.

Amma bu dövlətin ərazisində yaşayaraq bu dövlətin torpaqlarını – Qarabağı işğal edən Ermənistana dəstək verən Rusiyanın da planlarını bilmək lazımdır. Ona görə də Türkiyə və Azərbaycan arasında fitnə-fəsad yaratmaq mümkün deyil.

Sənə səs verən seçicilərini təhqir edə bilməzsən və böyük türkün şəninə dil uzada bilməzsən. Təbii ki, günah sənin deyil, günah sən və sənin kimilərin milli kimlikləridir. Günah səni deputat təyin edən düşüncə sahiblərindədir. Çox təəssüflər olsun ki, öz daxilimizdə sənin kimi xainlər var.

20 Yanvar faciəsini Azərbaycana yaşadan Primakov üçün dövlətə məxsus universitetlərin birində sərgi açılmasına şərait yaradan YAP Qadınlar Şurasının sədrinə də ar olsun! Gənc nəsil tarixi keçmişi o qədər də bilmiyə bilər, amma bir rektor və o günlərin şahidi olanlardan biri kimi sənə heç yaraşmadı.

Tənzilə Rüstəmxanlı
Azərbaycan Türkiyə Evinin sədri












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.