Ukrayna və Türkiyə azad ticarət sazişi ilə bağlı danışıqları aktivləşdirəcəklər

7-11-2019, 07:41           
Ukrayna və Türkiyə azad ticarət sazişi ilə bağlı danışıqları aktivləşdirəcəklər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Vladimir Zelenski arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Danışıqlar zamanı Ukrayna və Türkiyə prezidentlərinin həmsədrliyi ilə yüksək səviyyəlı Strateji Şuranın növbəti iclasının Kiyevdə keçirilməsinin hazırlıq vəziyyəti müzakirə edilib", - deyə xəbərdə bildirilir.

Tərəflər qarşılıqlı maraq kəsb edən bütün istiqamətlər üzrə əməkdaşlığın sonrakı mərhələdə gücləndirilməsi əhval-ruhiyyəsini qeyd ediblər.

Dövlət başçıları Ukrayna və Türkiyə arasında azad ticarət haqqında sazişin bağlanmasına hazırlıq üzrə danışıqlar prosesinin aktivləşməsi zəruriliyini razılaşdırıblar.

Rəsmi xəbərdə vurğulanır ki, Ərdoğan Türkiyənin Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyinin dəyişməzliyini qeyd edib.

Türkiyə lideri həmçinin Ukraynanın dövlət başçısının Donetsk hövzəsində vəziyyətin sülh yolu ilə nizamlanması üzrə addımlarını alqışlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.