Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi

7-11-2019, 10:40           
Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi
Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanalardan birində işləyən azərbaycanlı qadın həkim güllələnib.

milletinsesi.info xəbər verir ki, hadisənin tibb mərkəzinin digər həkimi tərəfindən törədildiyi bildirilib.

Məlumatlara görə, hadisə mübahisə zəminində baş verib.

Cəlal adlı türkiyəli həkim üzərindəki silahdan azərbaycanlı həkimə atəş açaraq hadisə yerindən qaçmaq istəyib. Ancaq o, yaxınlıqdakı polislər tərəfindən saxlanılıb.

Bakırköy Sadi Konur dövlət xəstəxanasına çatdırılan azərbaycanlı həkimin vəziyyətinin ağır olduğu qeyd edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.