Türkiyədə hərbi hissədə partlayış: 14 yaralı - VİDEO

14-11-2019, 03:22           
Türkiyədə hərbi hissədə partlayış: 14 yaralı - VİDEO
Türkiyənin Şanlıurfa şəhərində yerləşən Zirehli Briqada Komandanlığına aid hərbi hissədə partlayış baş verib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, silah-sursat saxlanılan ərazidə 2 partlayış baş verib. Partlayış nəticəsində 14 nəfər xəsarət alıb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım və yanğınsöndürən briqadalar cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib,

Türkiyə Müdafiə Nazirliyinin açıqlamasına görə, yanğının qarşısı alınıb, təhlükəsizlik təmin edilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.