Ərdoğan Trampın yazdığı təhqiredici məktubu özünə qaytardı

14-11-2019, 10:28           
Ərdoğan Trampın yazdığı təhqiredici məktubu özünə qaytardı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın təhqiredici məktubunu özünə qaytarıb.

"RİA Novosti” xəbər verir ki, bunu Türkiyə lideri Vaşinqtondakı birgə mətbuat konfransında bildirib.

"Bu məktubu hörmətli prezidentə qaytardım”, - deyə Ərdoğan qeyd edib.

D.Trampın türkiyəli həmkarına yazdığı məktubunda Ankaranın Suriyada əməliyyatları dayandırmayacağı təqdirdə Türkiyə iqtisadiyyatını çökdürəcəyini bildirmişdi.
Trampın Ərdoğana yazdığı məktubu dünya və türk analitikləri təhqiredici məktub sayırdılar!












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.