Türkiyə ordusu İraqda PKK-nın 5 terrorçusunu zərərsizləşdirib

16-11-2019, 03:23           
Türkiyə ordusu İraqda PKK-nın 5 terrorçusunu zərərsizləşdirib
Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalındakı Haftanin regionunda PKK terror təşkilatının 5 silahlısını zərərsizləşdirib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Məlumata görə, məhv edilmiş terrorçular növbəti hücuma hazırlarmış.

Nazirlik vurğulayıb ki, Türkiyənin Hərbi Qüvvələri "son terrorçu məhv edilməyənədək terrorçuluğa qarşı mübarizəni davam etdirəcək".

Aviareyd "Pençe-3" əməliyyatı çərçivəsində keçirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.