Polis və gömrük işçiləri sərhəddə əlbəyaxa oldular

18-11-2019, 11:34           
Polis və gömrük işçiləri sərhəddə əlbəyaxa oldular
Dünən Türkmənistanın Daşoğuz vilayətinin sakinlərinin sərhədin Özbəkistana keçdikləri Şavat keçid məntəqəsində türkmən polisi ilə gömrükçüləri arasında qarşıdurma yaranıb. Onları ayırmaq üçün Milli Təhlükəsizlik Nazirliyinin regional şöbəsinin əməkdaşları gəliblər.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, hər gün keçidin Türkmənistan tərəfində yüzlərlə adam toplaşır. Növbədə saatlarla gözləməmək üçün insanlar polislərlə tanışlıq axtarırlar ki, heç olmasa pul verməklə növbədən kənar sərhəddən keçirmələrini təşkil etsinlər.

Bu dəfə növbədə gözləyənlərin sayının çox olması konfliktlə nəticələnib: əvvəlcə növbədə gözləyənlər növbəsiz keçmək istəyənlərlə tutuşublar, daha sonra isə polis və gömrük işçiləri arasında qarşıdurma baş verib. Polis əməkdaşları (onlar 6-8 nəfər olublar) gömrük işçilərini çox yavaş işləməkdə ittiham ediblər, gömrükçülər isə qarşı tərəfi növbəyə nəzarət etməməklə xaos yaratmaqda.


İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir
Qarşıdurma söz çübarizəsində əlbəyaxa davaya keçib, komandirlər tərəfləri sakitləşdirə bilmədiklər üçün MTN-in nümayəndəsi həmkarlarını çağırmalı olub. Yalnız bundan sonra gizli tərəflər öz işləri ilə məşğul olmağa başlayıblar.

Şahidlərin sözlərinə görə, qarşıdurma və vəziyyətin aydınlaşdırılması səbəbindən nəzarət-buraxılış məntəqəsinin işi iflic olub. Yüzlərlə insan sərhədi keçə bilməyib və sərhəd keçidində gecələmək üçün qalıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.