Qardaşlarımızdan baş sağlıqları FOTOLAR

6-12-2015, 17:16           
Qardaşlarımızdan baş sağlıqları FOTOLAR
Türkiyənin tanınmış sənət adamları “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğın hadisəsindən yazıb.Musavat.com xəbər verir ki, sənətçilər sosial şəbəkədə faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı veriblər.
Müğənni Ebru Gündeş: “Başın sağ olsun, Azərbaycan. Səbir diləyirəm”.
Müğənni Soner Sarıkabadayı: “Başımız sağ olsun, azərbaycanlılar mənim üçün qardaşdan artıq millətdir. Konsert üçün İsveçrədəyəm, buna görə gec xəbərim oldu. Dualarımız sizinlədir”.
Müğənni Alişan: “Acınız acımızdır. Allah rəhmət etsin”.
Müğənni İrem Derici: “Bütün azərbaycanlıların başı sağ olsun. Acınız acımızdır”.
Müğənni Demet Akalın: “Başın sağ olsun can Azərbaycan. Acınız acımızdır. 32 canımız getdi, məkanları cənnət olsun”.
Müğənni İşın Karaca: “Dualarımız sizinlədir”.
Model Çağla Şikel: “Azərbaycan üçün dua edək”.
Aparıcı Ebru Şallı: “Təəssüf ki, yenə günə acı xəbərlə başladıq.Üzgünük. Vəfat edənlərin ailələrinə səbir diləyirəm. Vəfat edən mələklərə də Allah rəhmət eləsin”.
Aparıcı Burcu Esmersoy: “Başınız sağ olsun can dostlarımız. Allah ölənlərə rəhmət etsin, qalanlara səbir versin”.



















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.