Rusiyadan ağlasığmaz təxribat FOTO

6-12-2015, 22:46           
Rusiyadan ağlasığmaz təxribat FOTO
Rusiya gəmiləri Türkiyənin İstanbul boğazından keçən Rusiya gəmisində olan əsgər təxribat xarakterli hərəkətə yol verib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, gəmi boğazdan keçərkən bir Rusiya əsgəri çiynində raketlə görünüb.

Raketin istiqaməti dənizin sahilinə tərəf olub. Hadisə baş verdiyi vaxt ərazidə olan gəmi gözətçiləri Yörük Işık və Alper Boler çiynində raket olan əsgərin şəklini çəkiblər.

Caesar Kunikov adlı gəmi Rusiyanın Qara dəniz donanmasına aid olub. Hadisə dekabrın 4-də baş versə də şəkillər bu gün sosial şəbəkələrdə paylaşılıb.

Gəminin hansı istiqamətdə üzdüyü barədə məlumat verilməyib. Boğazdakı sərnişinlər bildiriblər ki, Rusiya əsgərləri sərnişin gəmisini görən kimi raketi yuxarı qaldırıblar.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya ilə qırıcı qalmaqalının davam etdiyi bir vaxtda əsgərlərin bu addımı təxribatdır.


Rusiyə əsgərlərinin raketi çiyinlərinə qaldırdıqları foto


“İstər Rusiya isətərsə də digər dövlətlərin gəmilərinin boğazlardan necə keçəcəyi barədə qanunlar məlumdur. Heç bir dövlətin boğazlardan keçməsi təhlükə yaratmır. Bütün gəmilər müqavilə əsasında boğazlarda hərəkət edə bilər. Amma Rusiya əsgərlərinin bu hərəkətləri təxribatdır”, - deyə Çavuşoğlu bildirib.

Ötən gün isə Türkiyə 4 Rusiya gəmisini boğazlardan keçərkən saxlayıb. "Omsk 105", "Rusich 1", "Neva" və "Kristal" gəmilərdə yoxlamalar başlayıb. Gəmilər PSC yoxlanışı üçün (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır) saxlanılıb.

Hadisənin baş verdiyi İstanbul boğazı


Son bir həftə ərzində Rusiya limanlarına yük daşıyan 5 Türkiyə gəmisi PSC yoxlanışı üçün (PSC ölkələrin limanlarına gələn xarici bayraqlı gəmilərə beynəlxalq konvansiyonların tələbinə uyğunlun yoxlanış formasıdır) saxlanılıb.

Hətta biri necə gün əvvəl Türkiyənin boğazları bağlayacağı barədə məlumat yayılmışdı. Amma bu məsələ təstiqini tapmadı. Rusiya və Türkiyə arasında qırıcı qalmaqalından sonra münasibətlər gərginləşib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.