Türkiyəni böyük güc edən razılaşma: Bu hökumət devrilə bilər

7-12-2019, 09:08           
Türkiyəni böyük güc edən razılaşma: Bu hökumət devrilə bilər
Liviya hökuməti Türkiyə ilə əldə edilən razılaşma səbəbindən devrilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli siyasi ekspert Lütfi Özşahin bildirib.

"Türkiyə ilə Liviya arasında əldə edilən razılaşma müsbət cəhətdən diplomatik və strateji hücum oldu. Lakin diqqət etmək lazımdır. Çünki Qərb və onun Misir, Səudiyyə Ərəbistanı kimi xidmətçiləri hər an Liviyadakı qanuni hökuməti devirə bilərlər. Məndən deməsi..." - Özşahin söyləyib.

Qeyd edək ki, Türkiyənin Dolmabaxça sarayında Liviya arasında imzalanan “Dəniz səlahiyyətlərinin məhdudlaşdırılması” razılaşması Ankaranı Aralıq dənizində böyük güc edib. Bununla Türkiyənin dəniz sahəsi kəskin şəkildə genişlənib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.