Türk Dünyasinin əfsanəvi lideri Rauf Denktaşın vəfatının 8-ci ildönümü

13-01-2020, 08:46           
Türk Dünyasinin əfsanəvi lideri Rauf Denktaşın vəfatının 8-ci ildönümü
Teref.az: Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu, türk dünyasının əfsanəvi liderlərindən biri Rauf Denktaş yanvarın 13-də gecə yarısı 87 yaşında dünyasını dəyişib. Son illər daxili orqanlarındakı problemlərdən əziyyət çəkən Denktaş yanvarın 9-da Yaxındoğu Universitetinin xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, srağagün səhər saatlarında komaya düşüb və bir neçə saat sonra gözlərini əbədi yumub.

Rauf Denktaş 1924-cü il oktyabrın 24-də Kiprdə anadan olub. Hələ uşaq ikən anasını itirən Denktaşı nənələri böyüdüb. 1930-cu ildən İstanbulun Fevzi Ati liseyində təhsil almağa başlayıb, lakin təhsilini Kiprdə başa vurub. İkinci Dünya Müharibəsindən sonra İngiltərəyə gedərək hüquq təhsili alıb. Məzun olduqdan sonra Kiprdə vəkil işləməyə başlayıb. 1948-ci ilə noyabrın 27-də Kipr türklərinin təşkil etdiyi ilk mitinqi Fazıl Küçük ilə bir yerdə idarə edib. O vaxtdan Kipr türklərinin hüquqları uğrunda mübarizədə fəal iştirak edib. 1970-ci ildə keçirilən seçkilərdə Türk Camaat Məclisinin rəhbəri seçilib. 1973-cü ilə kimi Kipr prezidentinin müavini və Kipr Türk İdarəetməsinin rəhbəri vəzifələrini icra edib. 13 fevral 1975-ci ildə Kipr Türk Federal Dövləti elan olunduqdan sonra dövlət və parlament rəhbəri vəzifələrini icra edən Rauf Denktaş 1976-cı ildə keçirilən ilk seçkilərdə dövlət başçısı seçilib. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Respublikasının elanından sonra keçirilən ilk seçkilərdə prezident seçilib. Daha sonra bir neçə dəfə də ŞKTC prezidenti seçilib.
2005-ci ildə keçirilən prezident seçkilərində isə namizədliyini irəli sürməyib. Həmin seçkilərdə Mehmet Əli Tələt qalib gəlib.
Rauf Denktaş siyasətçi olmaqla yanaşı həm də yazıçı və fotoqraf idi. Bir neçə kitabı işıq üzü görən ŞKTC-nin ilk prezidenti “Yeniçağ” qəzetində köşə yazıları yazır və “Avrasiya” telekanalında (ART) “Denktaşın gündəmi” adlı veriliş aparırdı.
Böyük liderin Azərbaycana sevgi və sayğısı böyük idi. O, ölkəmizdən Şimali Kiprə gedən nümayəndə heyətlərini böyük hörmətlə qəbul edər, onlarla maraqlı söhbətlər aparardı. Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın on sözləri “müstəqillik önəmlidir, Ana vətən Türkiyəyə güvənin” olub
Tanrı ruhunu şad etsin!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.