Ərdoğan və Putin Liviya böhranını müzakirə edib - mesajlarını açıqlayıblar

19-01-2020, 17:42           
Ərdoğan və Putin Liviya böhranını müzakirə edib - mesajlarını açıqlayıblar
Liviya böhranına həsr olunmuş Berlin konfransı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirilib.
R. T. Ərdoğan iki ölkə arasında “S-400” zenit raket kompleksi, “Türk axımı” kimi layihələrin qətiyyətlə həyata keçirildiyini söyləyib və iki ölkə münasibətlərində 2020-2021-ci illərin tarixi dönüş illəri olacağına inandığını vurğulayıb.
R. T. Ərdoğan yanvarın 8-də İstanbulda rusiyalı həmkarı ilə birgə çağırışı nəticəsində Liviyada atəşkəs elan edildiyini xatırladıb. Türkiyə Prezidenti deyib ki, Moskvada atəşkəs barədə sazişi imzalamayan qiyamçı Xəlifə Haftar məsələnin hərbi yolla həllinə tərəfdar olduğunu ortaya qoyub: “Türkiyə olaraq Liviya Milli Razılıq Hökumətinin baş naziri Faiz Sərracla danışıqlar müsbət nəticə verdi və Faiz Sərrac atəşkəs sənədini imzaladı. Liviyada sülhün və sabitliyin təmin olunması üçün Haftarın hücumlarının qarşısı alınmalıdır. Buna son qoyulmalıdır. Biz Liviya böhranının həlli ilə bağlı səylərimizin əsas meyvələrini Berlində alacağıq. Liviyanın barış və hüzura qovuşa bilməsi üçün Berlin konfransında atəşkəsin və siyasi proseslərə dönüşün qəbul edilməsi təmin olunmalıdır. Odur ki, ortaq coğrafiyadakı problemlərimizin həlli baxımından bu görüşümüzdən də çox böyük gözləntilərimiz var”.
Rusiya Prezidenti Vladimir Putin yanvarın 8-də İstanbulda “Türk axımı”nın açılışında iştirakını məmnunluqla xatırladıb: “İki ölkə Suriya, Liviya kimi bölgə məsələləri ilə bağlı ciddi müzakirələr aparılır. Biz İstanbulda Liviyadakı tərəfləri atəşkəsə çağırdıq. Liviya böhranı Avropanı əndişələndirən bir məsələdir. Müəmmər Qəddafinin ölümündən sonra Avropaya qaçqın axını başladı. Moskvada Sərrac və Hatarın görüşməsi özü ilə mühüm məqamdır. Xəlifə Haftar ortaq sazişi dəstəkləmə də, səylərimizi davam etdirəcək və münaqişəni bitirəcəyik”.
Daha sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib. (APA)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.