“Risklidir, təcili dayandır” – Makrondan Ərdoğana

21-01-2020, 00:51           
“Risklidir, təcili dayandır” – Makrondan Ərdoğana
“Türkiyə Liviyaya suriyalı döyüşçüləri göndərməyi dayandırmalıdır, riskin fərqində deyillər”.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Tripoli şəhərinə suriyalı və əcnəbi hərbi qüvvələrin göndərilməsinin məni nə qədər narahat etdiyini dilə gətirməyə məcburam. Bu dayandırılmalıdır”, - Makron qeyd edib.

Fransa prezidenti türk həmkarı Rəcəb Tayyib Ərdoğana da mesaj göndərib, onu şəxsi maraqlarına xidmət etməkdə ittiham edib:

“Bundan öz mənfəətini güdənlər var, amma hamımızı risk qarşısında qoyduqlarını bilmirlər”.

Makron Ərdoğana qarşı ittihamlarını əsaslandıra bilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.