İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb təcavüz etdi

24-01-2020, 00:00           
İki nəvəsi olan kişi yeniyetməni meşəyə aparıb təcavüz etdi
16 yaşında yeniyetmə anasının qohumu tərəfindən zorla qaçırılaraq, meşədə cinsi istismara məruz qalıb. Hadisə Türkinyənin Antalya şəhərində baş verib.
"Yeni Sabah" xəbər verir ki, N.D. adlı yeniyetmə xalası ilə birlikdə polis idarəsinə gedərək üç uşağı və iki nəvəsi olan 44 yaşlı Birol Karademir tərəfindən təcavüzə məruz qaldığını deyib. Həmiş şəxs dərhal həbs edilib.

N.D.-nın sözlərinə görə, həmin gün Karademir anasını maşını ilə işə aparıb. Qızın sözlərinə görə, anası işə getdikdən sonra qapını arxadan kilidləyərək yatıb.

“Bir müddət sonra Birol Karademir gəldi. Qapını döydü, açmadım. Mesaj yazdı, cavab vermədim. Bu barədə anama yazdım. Anam da qapını açmamağımı, evdə yoxmuş kimi davranmamı, rəfiqəmgilə getdiyimi yazmağımı istədi. Mən də Birol Karademirə evdə olmadığımı yazdım. Məni olduğum yerdən götürmək istədiyini yazdı. Çünki o arada bir məni işə aparırdı. Hətta məni işə apararkən maşında ayağımı qucaqlayırdı. Bunu anama bildirmədim. Uşaq ağlımla yanlış anlaya biləcəyimi düşünürdüm. O gün saat 08.00-dan 10.30-a qədər qapıda qaldı, sonra da getdi”, - deyə qız bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.