Bu dəqiqələrdə Türkyədə güclü zəlzələ:ölənlərin sayı 19, yaralananların sayı isə 782-ə çatıb - VİDEO - YENİLƏNİB - 4

25-01-2020, 07:38           
Bu dəqiqələrdə Türkyədə güclü zəlzələ:ölənlərin sayı 19, yaralananların sayı isə 782-ə çatıb - VİDEO - YENİLƏNİB - 4
Türkiyənin şərqindəki Elaziğdə yerli vaxtla saat 03:48 və 03:57-də 4,3 və 4,1 gücündə daha iki yeraltı təkanlar qeydə alınıb.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, baş verən ardıcıl zəlzələlərdə 19 nəfər həlak olub, 782 nəfər yaralanıb.

XXX
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca zəlzələ ilə bağlı açıqlamasında deyib.

Ölənlərdən 13 nəfər Elazığda, 5 nəfər isə Malatyada dünyasını dəyişib. Yaralıların isə 553 nəfər olduğu bildirilib.

REKLAM

Daha ətraflı

Qeyd edək ki, Elazığda 30 nəfər dağıntılar altında qalıb. Malatyada isə dağıntı altında qalan yoxdur.



***

01:42

Türkiyədə 6,8 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, yaralıların sayının 300 nəfərdən çox olduğu bildirilir.

Qeyd edək ki, Türkiyənin rəsmi mənbələrin açıqlamasında Malatyada 6, Elazığda isə 8 nəfərin öldüyü qeyd edilib.

***

23:16

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələdə 4 nəfərin ölməsi haqqında məlumatlar var.

APA-nın yerli bürosunun məlumatına görə, Elazığın Mədən rayonunda 5 mərtəbəli yaşayış binası çöküb.

Xilasedici qurumlar dağıntı altında qalan insanları çıxarmağa çalışır.

****

22:42

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu bildirib ki, zəlzələnin episentrinin baş verdiyi Silivricədə və Pötürgə rayonunda 10 binada dağıntı olub.

APA-nın yerli bürosunun məlumatına görə, iki nəfərin yaralandığı bildirilib. Təkanlar hələ də davam edir.

***

22:20

Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər İdarəsindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla 20.55-də baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, 10-12 saniyəyədək davam edən təkanlar Şırnak, Mardin, Diyarbəkir, Adıyaman, Samsun, Malatyada, eləcə də İraqın şimalında Ərbil və Duhok vilayətlərində də hiss olunub.

Qeyd edək ki, 2010-cu ilin martında Elazığda baş verən 6 bal gücündə zəlzələdə 51 insan həyatını itirib.

****

22:16
Teref.az yazır ki, Türkiyədə daha bir zəlzələ oldu. Sosail şəbəkələrdə verilən xəbərə görə Elazığda 6.8 şiddetinde təkanlar hiss edilib.
Deyilənə görə təknlar hələdə hiss edilir.Əhali küçələrdədir.Dağıntı və təlafat haqqında xəbər verilmir.
Türkiyədən sosial şəbəkə istifadəçisi dostumuz Dursun Elmaz bəy əfəndi yazır:
Dursun Elmas
13 мин. ·
An itibarıyla Elazığ 6.8 şiddetinde çok sallandı.
Halen sallanıyoruz.
Allah korusun.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.