Azərbaycanın Türkiyədəki səfirliyində baş verən güclü zəlzələ ilə bağlı ”qaynar xətt” yaradıldı

25-01-2020, 08:18           
Azərbaycanın Türkiyədəki səfirliyində baş verən güclü zəlzələ ilə bağlı ”qaynar xətt” yaradıldı
Azərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə baş vermiş zəlzələ ilə bağlı həmvətənlərimizə lazım olan dəstəyin göstərilməsi məqsədi ilə “qaynar xətt” yaradılıb.

Teref.az xəbər verir ki, səfirlikdən verilən məlumata görə, hələ ki, “qaynar xətt”ə heç bir müraciət daxil olmayıb.

Qeyd olunub ki, “qaynar xətt” zəlzələnin nəticələri tam şəkildə aydınlaşana qədər fəaliyyət göstərəcək.

Qaynar xətt: 00905526792565.

Qeyd edək ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yerli vaxtla saat 20:55-də baş verən yeraltı təkanın episentri Sivrice rayonunda qeydə alınıb. Zəlzələ nəticəsində dörd nəfər həyatını itirib. / Report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.