Uçqun altındakı qadını telefonla danışaraq xilas etdilər - VİDEO

25-01-2020, 18:49           
Uçqun altındakı qadını telefonla danışaraq xilas etdilər - VİDEO
Türkiyənin Elazığ bölgəsində baş verən zəzlələ səbəbilə uçqun altında qalan bəzi şəxslərlə telefonla əlaqə saxlayaraq xilas ediblər.
Yeniavaz.com DHA-ya istinadla xəbər verir ki, zəlzələ bölgəsində gələn fövqəladə hallar işçiləri uçqun altında qalan qadınlardan biri ilə telefonla danışaraq yerlərini öyrənməyə çalışıb. Əzizə adlı qadınla əlaqə saxlayan işçilər uçqun altında qalan hər kəsə sakit olmağı və tezliklə xilas ediləcəklərini bildirib: "Ətrafındakı hər kəsə xəbərdarlıq et, qətiyyən yuxuya getməyin. Hər kəs oyaq qalsın. Sən anasan, güclü ol, hazırda aşağıdakı hər kəsin anası sənsən. Biz yuxarıdayıq. Narahat olmayın sizi xilas edəcəyik". Qeyd edək ki, dəqiqələr sonra onların olduqları yer müəyyənləşdirilərək vətəndaşlar xilas ediliblər.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.