Türkiyədəki zəlzələ zonasından təxliyyə edilən tələbələr Bakıya gətirildi
26-01-2020, 17:08
Türkiyədə zəlzələ zonasından Naxçıvana təxliyyə edilən azərbaycanlı tələbələr Naxçıvandan təyyarə ilə Bakıya gətirilib. Teref.az xəbər verir ki, bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
Təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Qeyd edək ki, təyyarə ilə ümumilikdə 102 tələbə Bakıya gətirilib.