“Bizim əsas düşmənimiz Azərbaycan yox, Türkiyədir...”

27-01-2020, 10:42           
“Bizim əsas düşmənimiz Azərbaycan yox, Türkiyədir...”
“Dünya birliyinin əsas düşməni Türkiyədir”.

Moderator.az xəbər verir ki, Ermənistan saytlarının yaydığı məlumata görə, bu həyasız fikri yanvarın 25-də Qarabağda əli soydaşlarımızın qanına batmış, “Amarasi Artur” ləqəbi ilə tanınan erməni veteran Artur Aleksanyan "Yaşamaq hüququ: Qarabağ( “SSRİ-ni dağıtmış Qarabağ və “Böyük Turan” planları") adlı kitabının təqdimatındakı çıxışında söyləyib.


"Dünyada Ankaranın iştirak etmədiyi bir münaqişə yoxdur. Mən həmişə demişəm ki, əsas düşmənimiz Azərbaycan deyil, yalnız bir ideologiya ilə - Sibirə qədər uzanan Turanın yaradılması ilə idarə olunan Türkiyədor"-deyə üzdəniraq veteran bildirib.

Aleksanyan əlavə edib ki, Ermənistan hakimiyyəti Türkiyədən gələn təhdidlərin təhlili və qarşısının alınması ilə məşğul olacaq xüsusi bölmə yaratmalıdır.

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.