“Rusiya Suriyada atəşkəslə bağlı razılaşmalara sadiq deyil” - Türkiyə Prezidenti

29-01-2020, 15:55           
“Rusiya Suriyada atəşkəslə bağlı razılaşmalara sadiq deyil” - Türkiyə Prezidenti
“Rusiya Suriyada atəşkəslə bağlı razılaşmalara sadiq deyil”
“Suriya münaqişəsi üzrə Rusiya ilə həm Astana, həm də Soçidə atəşkəs razılaşmaları əldə edilib. Rusiya bu razılaşmalara sadiq qalacağı təqdirdə, biz də razılaşmalara əməl edəcəyik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Lakin təəssüf ki, hazırda Rusiya nə Astana, nə də Soçi razılaşmalarına sadiqdir. Aidiyyəti üzrə danışıqlar aparılır. Danışıqlar çərçivəsində İdlibin bombalanmasını dayandırmağı tələb etmişik. Artıq səbrimiz tükənir. Bundan sonra lazım olan addımları atacağıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.