Türkiyədə yenidən zəlzələ olub

29-01-2020, 18:11           
Türkiyədə yenidən zəlzələ olub
Türkiyənin Marmaris bölgəsində 4.5 bal gücündə zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar bu gün yerli vaxtla saat 16.37-də qeydə alınıb.

Zəlzələnin episentri 35 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.