Çindəki tələbələrimizi Türkiyə təyyarəsi gətirəcək

29-01-2020, 19:09           
Çindəki tələbələrimizi Türkiyə təyyarəsi gətirəcək
Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu koronavirusla bağlı Çində qalan azərbaycanlılardan danışıb.

Reportyor.info xəbər verir ki, bunu Mövlud Çavuşoğlu Qlobal Jurnalistlər Konseyinin toplantısında deyib:
“Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək”.

Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək: “Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.