Özbəkistan - Qırğızıstan sərhədində münaqişə - sakinləri arasında toqquşma olub

31-05-2020, 18:33           
Özbəkistan - Qırğızıstan sərhədində münaqişə -
Özbəkistanvə Qırğızıstan sərhədində yaşayan sakinlər arasında münaqişə baş verib.

Moderator.azxarici mediaya istinadla xəbər verir ki, bu barədə Qırğızıstan hökumətininBatken vilayətindəki səlahiyyətli nümayəndəsi KİV-ə bildirib. Məlumata görə, QırğızıstanınBatken vilayətinin Kadamcay rayonunun və Özbəkistanın Fərqanə vilayətinin Sox rayonununsakinləri arasında toqquşma baş verib.

Özbəkistanaməxsus Çaşma kəndi ilə Qırğızıstanın Çeçme kəndi sakinləri arasındakı mübahisə yazfəsli ilə bağlı təsərrüfat işləri üzündən baş verib. Kənd sakinləri arasındamünaqişə yaranıb. Hər iki rayonun rəhbərləri mübahisəni həll etmək üçüngörüşüblər.

Qeyd edəkki, Özbəkistanın Sox rayonu Qırğızıstan ərazisindəki bir anklavdır. Batken bölgəsindəkioxşar bir anklav da Özbəkistana məxsus Şahimərdan qəsəbəsi və TacikistanınVorux kəndidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.