Ərdoğandan İstanbulun fəthinə "işğal" deyənlərə sərt təpki : "Fəthi anlamayan dörd dördlük cahillər..."

31-05-2020, 18:41           
Ərdoğandan İstanbulun fəthinə "işğal" deyənlərə sərt təpki : "Fəthi anlamayan dörd dördlük cahillər..."
"Öncəki gün İstanbulun fəthinin ildönümünün coşqusunu millətimizlə bərabər yaşadıq. Son günlərdə bəzi özünü tanımayanlar çıxıb fəthi "işğal" olaraq tanıtmağa çalışır. Bunlar inanın, dörd dördlük cahillərdir."

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan, 1453-cü ildə İstanbulun Sultan Fateh Mehmet tərəfindən fəth edilməsini "işğal" adlandıranları cahil adlandırıb.

"Bunlardan soruşun, fəthin anlamını bilməzlər. Fəth açmaqdır. Fəth xüsusilə könülləri qazanmaqdır. Bunlar bunu bilməzlər. Baxın, Fəthin surlarından içəri girərkən yunan qadınların "başımızda kardinal papağı görməkdənsə, Osmanlı sarığı görməyə üstünlük verərik", deməsi bunun bir nəticəsidri.

Baxın, bu anda Afinada bizim bir məscdimiz yoxdur, hamısını yerlə yeksan ediblər. Amma biz torpaqlarımızda belə şeylər etmədik. Türkiyənin son 18 ilində hər sahədə olduğu kimi, əcdadın mirasına sahib çıxmaq xüsusunda da bir inqilab etdik. Sadəcə əcdadımızın deyil, coğrafiyamızın bütün mirasını mühafizə altına aldıq. Hakimiyyətə gəldiyimizdə sadəcə 460 əsərin bərpa edildiyini gördük. Bu vəzifəyə gəldikdən sonra 5 min 60 əsəri restavrasiya edərək milətimizin və mədəniyyətimizin xidmətinə təqdim etdik"- Ərdoğan belə deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.