Türk ordusundan zərbə: Kritik bölgə ələ keçirildi

6-07-2020, 10:26           
Türk ordusundan zərbə:
Türkiyə Silhalı Qüvvələri “Pəncə-Qaplan” əməliyyatı çərçivəsində PKK-ya daha bir zərbə vurub.

Axar.az xəbər verir ki, əməliyyatlar çərçivəsində PKK-nın “xüsusi təyinatlıların düşərgəsi” sayılan Mervanis terrorçulardan təmizlənib.

Məlumata görə, Mervanis PKK-nın ən kritik bölgəsi sayılır.

Türk PUA-ları və “Atak” hücum helikopterləri tərəfindən düşərgənin atəşə tutulması ilə terrorçular ərazidən uzaqlaşıb.

Bundan başqa, 700 komando bölgəyə göndərilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.