Qonşu ölkədə çəyirtkə sürüsü panikası – İnsanlara hücum edirlər

9-07-2020, 12:06           
Qonşu ölkədə çəyirtkə sürüsü panikası –
Qonşu Türkiyədə bir neçə gün öncə nadir halda görünməyə başlamış uzunluğu 25 santimetrə çatan çəyirtkələr heç gözlənilmədən sürü halında peyda olub.

Bizimyol.info Yeni Şafak-a istinadən xəbər verir ki, qonşu ölkənin Adıyaman bölgəsində, xüsusən Camlıca kəndində əkinçilər tarlaya getməyə cəsarət etmirlər. Onlar çəyirtkələrin insana hücum etdiyini bildiriblər.

Bizimyol.info bir neçə günb öncə Türkiyənin Elazığ vilayətində uzunluğu 20-25 santimetrə çatan xalq arasında “Çağaboğan” adı verilmiş çəyirtkə növünün (Saga Ephippigera) peyda olması barədə xəbər vermişdi. Bu çəyirtkələr böcək, qurd, soxulcan, ağcaqanad və digər çəyirtkə növləri ilə qidalanırlar.

Kənd təsərrüfatı mütəxəssisləri bu çəyirtkə növünün sayının təbiətdə orta həddə qaldığı müddətcə zərərli olmadığını, hətta fayda verdiyini düşünürlər. Belə ki, onlar digər ziyanvericiləri məhv edirlər. Lakin onların sayının çoxalması digər çəyirtkə sürülərinin artmasından da qorxunc ola bilər. “Çağaboğan” sürüsünün insan və böyükbaş heyvanlar üçün təhlükəli ola biləcəyi düşünülür. Tarixə nəzər salsaq ət yeyən çəyirtkələrin adının dini kitablarda çəkildiyini də görərik. Musa peyğəmbərin dövründə yaşamış fironun sarayını və torpaqlarını xaraba qoyan, qorxunc xəstəliklər yayan çəyirtkələrin də ət yeyən olması barədə tarixi məlumatlar mövcuddur.

Hazırda dünyanın bəzi ölkələri çəyirtkə sürülərinin hücumuna məruz qalıb. Hindistan, Pakistan, Keniya, Somalidə vəziyyətin daha acınacaqlı olduğu bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.