Türkiyənin Müdafiə naziri: “Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik”

14-07-2020, 17:49           
Türkiyənin Müdafiə naziri:

“Ermənistanın Azərbaycanın Tovuz bölgəsində həyata keçirdiyi hücumu şiddətlə qınayırıq”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

“Hücumun qarşısını alarkən şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Qardaş Azərbaycan xalqına başsağlığı veririk. Dağlıq Qarabağı işğal edən və illərdir təcavüzkar davranışını davam etdirən Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa, “bir millət, iki dövlət” deyə qəbul etdiyimiz azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək verməyə davam edəcəyik”, - deyə türkiyəli nazir vurğulayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.