Çavuşoğlunun "Ermənistan ağlını başına toplasın" xəbərdarlığının səbəbi bəlli oldu...

16-07-2020, 08:28           
Çavuşoğlunun "Ermənistan ağlını başına toplasın" xəbərdarlığının səbəbi bəlli oldu...
"Onlar sərhəddəki toqquşmanı "Aya Sofya"nın məscid elan edilməsinin davamı kimi qələmə verirlər"

Azərbaycanın Ermənistanla sərhəddində mini müharibəyə keçən konflikt...

Azərbaycan tarixinin faciəli günləri torpaqlarının Rusiya imperiyasının 1812 və 1828-ci illərdə işğal etməsindən başlayır. Mənim bu barədə "Qarabağın faciəsi" adlı kitabımda çıxıb və bir daha bu qondarma ölkə ilə mübarizədə keçmiş tarixin öyrənilməsini vacib hesab edirəm. Ermənilər qatı milliyətçi, özünün marağı xatirinə tarixi saxtalaşdıran bir millətdir. Onların bu gün sərhəddə toqquşma ilə əlaqədar qəzetlərində yazdıqlarını oxuyanda onların əvəzinə xəcalət çəkirsən. Onlar sərhəddəki toqquşmanı Türkiyənin "Aya Sofya"nı məscid elan edilməsinin davamı kimi qələmə verirlər. Özlərini Konstantinopol, "Aya Sofya" kilsəsinin tikilməsinin yaradıcılarından biri hesab edir və onun məscid elan edilməsini onlara qarşı müharibə olduğunu qeyd edirlər.

Konstantinopol (İstanbul) şərqi Roma imperiyasının paytaxtı olub. O dövrdə Roma imperiyası şərqdə nüfuz uğrunda Sasanid (Persiya, Azərbaycan, Bir sözlə Hindistana qədər, o cümlədən Ermənistanında daxil olduğu) imperiyası ilə vuruşurdu. Bu müharibələr nə az nə çox, 400 il davam edib. Və bu dövrdə Ermənistan 90 faiz Sasanid imperiyasını tərkibində olub və Roma imperiyasına qarşı müharibələrdə iştirak ediblər. Bunları yazmaqda məqsədim onların istənilən variantda tarixi saxtalaşdıracaqlarını nəzərinizə çatdırmaqdır. Mənim dediklərimi bütün qərb tarixçiləri yazıb. Və ermənilərin dənizdən dənizə imperiyalarının olması iddialarına komedia kimi baxırlar. Ancaq dünyanın hər yerinə yayılmış bu millət birincisi erməniləri dahi, talantlı bir xalq kimi təqdim edir, ikincisi kifayət qədər fərasətli olduqlarından böyük biznesləri və pulları var və hər yerdə ermənilərə kömək edirlər. 3-cüsü Azərbaycanı və azərbaycanlıları ləkələmək üçün təbliğatlarını bir dəqiqədə dayandırmırlar.

1828 -ci ildə indiki Azərbaycan torpaqlarında heç 1 faiz çəkisi olmayan ermənilər Rus imperiyasının yaramaz siyasəti və azərbaycanlıların mütiliyi şəraitində indiki Ermənistanda ermənilərin sayını 15 faizə çatdırmışdır. İran imperiyasının ən mübariz xanlığı sayılan İrəvanda 1900-cu illərdə ermənilərin sayını 40 faizə çatdırmışdı. Hətta Bakıda 20 əsrin əvvəllərində ermənilərin sayı 10 faiz idi. Bunları yazmaqda məqsədim onların necə məkrli bir insanlar olduğunu və onlarla mübarizənin mürəkkəbliyini sizə çatdırmaqdır. Mübarizədə qalib gəlmək üçün düşünülmüş, dərin analiz əsasında yaradılmış siyasi və hərbi strategiya olmalıdır. Bu yazının davamı olacaq, düşündüklərimi hissə hissə sizə çatdırmağım daha xeyirli olar.

Moderator.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.