“Azərbaycan hər zaman Pakistana arxalana bilər”

22-07-2020, 11:30           
“Azərbaycan hər zaman Pakistana arxalana bilər”
Pakistan Azərbaycanı tam şəkildə dəstəkləyir və bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcək.
Bunu Azvision.az -a eksklüziv açıqlamasında Pakistan Parlamentinin Beynəlxalq əlaqələr Komitəsinin sədri Müşahid Hussain Sayed Ermənistanın Tovuz istiqamətində törətdiyi son təxribatlarına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, Ermənistan təcavüzkar dövlətdir, BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrini pozur, Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və digər rayonların qanunsuz olaraq işğalını davam etdirir.

“Bundan əlavə, Ermənistan tərəfindən genosid, etnik təmizləmə cinayətləri həyata keçirilib. Nümunə üçün Xocalı soyqırımını xatırlamaq lazımdır.

Hesab edirəm ki, beynəlxalq ictimaiyyət, İslam Əməkdaşlıq Təşkilatı (OİC), BMT Təhlükəsizlik Şurası daxil olmaqla, bu problemin Qafqazda artıq bir alov nöqtəsinə çevrildiyini nəzərə almalı və müdaxilə etməlidir".

Komitə sədri qeyd edib ki, Pakistan Ermənistanı dövlət kimi tanımayan ölkələrdən biridir və Azərbaycanla tam həmrəyliyini davam etdirir.

"Bunun bir nümunəsi də Azərbaycan Prezidentinə komitəmiz adından bu günlərdə göndərdiyimiz dəstək məktubudur. Azərbaycan hər zaman Pakistanın köməyinə arxalana bilər".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.