Maska taxmaq istəməyən sərnişinlə avtobus sürücüsü arasında QANLI DAVA

3-08-2020, 00:02           
Maska taxmaq istəməyən sərnişinlə avtobus sürücüsü arasında QANLI DAVA
Bu gün Türkiyənin Balıkəsir vilayətində marşrut xətti üzrə hərəkət edən mikroavtobusun sürücüsü ilə bir qrup sərnişin arasında dava düşüb.

Publika.az xəbər verir ki, Erdemit qəsəbəsinə hərəkət edən mikroavtobusun sürücüsü nəqliyyat vasitəsinə maskasız daxil olan bir qrup sərnişinə xəbərdarlıq edib. Sürücü sərnişinərin mütləq maska taxmalı olduğunu deyib. Bundan sonra münaqişə baş verib və həmin şəxslərdən biri sürücüyə bıçaqla hücum edib. O, kəsici alətlə sürücünün başına ağır zərbələr endirib.

Bildirilir ki, hadisəni törədən şəxslər sərxoş hada olub.

Fakta bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.