Türk Hava Yolları uçuşlarına hər hansı qadağa və ya məhdudiyyət tətbiq edilməyəcək - RƏSMİ

28-09-2020, 12:18           
Türk Hava Yolları uçuşlarına hər hansı qadağa və ya məhdudiyyət tətbiq edilməyəcək - RƏSMİ
Azərbaycan Respublikası ərazisində tətbiq olunacaq komendant saatı müddətində Türk Hava Yolları uçuşlarına bileti olan sərnişinlərin hava limanına gedişində və gəlişində problem yaşanmayacaq.

Bunu Turizmplus.az saytına açıqlamasında Türk Hava Yolları aviaşirkətinin Bakı nümayəndiliyinin rəhbəri Seyfullah İlyas bildirib.

"Heydər Əliyev adına Bakı beynəlxalq hava limanı səlahiyyətli şəxslərindən aldığımız məlumatlara görə, mövcüd vəziyyət ilə əlaqədər Türk Hava Yolları uçuşlarına hər hansı qadağa vəya məhdudiyyət tətbiq edilməyəcəkdir. Bunun üçün, səyahət edəcək sərnişinin çap edilmiş biletini və pasportunu təqdim etməsi kifayət edəcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.