Qarailanın qardaşı da həbs edildi

14-02-2016, 11:38           
Qarailanın qardaşı da həbs edildi
Türkiyənin Şanlıurfa vilayətinin Birecik mahalında icazəsiz mitinqlərdə PKK-nın təbliğatını apardıqları üçün terror təşkilatının rəhbəri Murad Qarailanın qardaşı Bozan Qarailan və 14 üzvü saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə “Hüriyyət” qəzeti məlumat yayıb.
Məlumata görə, Birecik mahalının terrorla mübarizə idarəsinin əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində Murad Qarailanın qardaşı Bozan Qarailan, Əhməd K, Halil G, Səlahəddin A, Məhmət Y, Hüseyn G, Nuh K, Atilla Y, Mahmud A, Seyid K, Tahir Y, Mahmud K və adı bilinməyən daha bir nəfər saxlanılıb.

Sözügedən şəxslərdən bəzilərinin DBP (Demokratik Bölgələr Partiyası) üzvü olduğu öyrənilib.
Qeyd edək ki, bir müddət əvvəl PKK liderlərindən Murad Qarailanın Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən yaxalanması barədə məlumat yayılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.