Suriya ordusu Türkiyənin artilleriya qüvvələrinə cavab atəşi açıb

14-02-2016, 14:24           
Suriya ordusu Türkiyənin artilleriya qüvvələrinə cavab atəşi açıb
Suriya ordusu Latakiya əyalətinin şimalını atəşə tutan Türkiyə artilleriyasının mövqelərinə bir neçə yaylım atəşi açıb.

"Report" "LifeNews"a istinadən xəbər verir ki, Türkiyə Ruuysat kəndində geri çəkilməkdə olan terrorçularla mübarizə zamanı hökumət qüvvələrinə artilleriya zərbəsi endirib.

Türkiyə mətbuatı yerli artilleriya qüvvələrinin Hələb şəhərinin şimalında yerləşən Deyr-Camal şəhərini atəşə tutduğunu xəbər verib.

Rəsmi Ankara bu addımın kürd özünümüdafiə qüvvələrinin uğur qazanmasına cavab olaraq atıldığını bəyan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.