Narazı müştəri barı gülləboran etdi

14-02-2016, 14:48           
Narazı müştəri barı gülləboran etdi
Bu gecə İstanbuldakı barlardan birində silahlı insident baş verib.

Lent.az Türkiyə mediasına istinadən bildirir ki, Ataşəhər adlanan ərazidə yerləşən barlardan birindən mühafizəçilər tərəfindən çıxarılan müştəri 1 saat sonra nömrəsiz avtomobillə qayıdıb. O, bara daxil olaraq ətrafa 6-7 dəfə atəş açıb və tez də gəldiyi maşınla qaçıb.

Hadisə vaxtı 2 müştəri və bir bar işçisi güllə yarası alıb.

Araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.