Türkiyədə ərinin dəhşət yaşatdığı azərbaycanlı qadın qaçdı - FOTO

15-02-2016, 12:48           
Türkiyədə ərinin dəhşət yaşatdığı azərbaycanlı qadın qaçdı - FOTO
Türkiyədə əri tərəfindən dəfələrlə döyülən, ağır bədən xəsarətləri alan və türk televiziyalarının qonağı olan azərbaycanlı qadın geri – Azərbaycana qayıdıb. ANS PRESS-in məlumatına görə, keçmiş həyat yoldaşı tərəfindən dəfələrlə vəhşicəsinə döyülən, ən son qolu qırılan yardım çağırışı ilə türk mətbuatının gündəmində olan Elmira A. artıq hər şeydən bezdiyini deyir. “Artıq canımdan bezmişəm. Türkiyədə ölüm qorxusu ilə yaşaya bilmirəm”.

30 yaşlı Elmira adlı qadın anasının yanına sığınmalı olub.

Azərbaycanlı qadının Türkiyədəki ailəsi

Elmira adlı qadın 9 il öncə gələcək əri ilə Azərbaycan Pedoqoji Dövlət Üniversitetində tanış olub və onunla ailə qurub. Ailə Siirtdə yaşamağa başlayıb. Bu illər ərzində onların iki uşağı olub. Ana olduqdan sonra qadın əri tərəfindən şiddət görməyə başlayıb. Özəl məktəblərdən birində riyaziyyat müəllimi olan kişi müntəzəm olaraq azərbaycanlı qadını vəhşicəsinə döyüb, onu xəyanətdə ittiham edib. Buna dözməyən qadın ərindən ayrılıb və Antalyada yaşamağa başlayıb.

Burada sakit həyata başladığını düşünən qadının bu arzusu ərinin gizlin evinə girməsi ilə kabusa dönüb. Evinə gizli girən keçmiş əri tərəfindən vəhşicəsinə döyülən, əlləri və ayaqları bağlanan qadın anasına göndərdiyi bir mesaj sayəsində ölümdən qayıdıb. Ölümlə təhdid edilən qadının qolu qırılıb, bədəni döyülməkdən qaralıb. İndi Elmira qorxudan evin qapısını dəfələrlə kilidlədiyini və bıçağı yanından ayırmadığını demişdi.

Elmira A. - qolu qırılan azərbaycanlı qadın

Azərbaycanlı iki uşaq anası onu vəhşicəsinə döyən ərindən qurtulmaq üçün uşaqlarından da vaz keçdiyini deyib. Ana dəfələrlə övladlarını görmək istəsə də keçmiş həyat yoldaşı buna mane olub, uşaqları ona göstərməkdən imtina edib, əvəzində isə ölümlə hədələyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.