Valideyn məktəb direktorunu döydü VİDEO

7-05-2015, 21:39           
Valideyn məktəb direktorunu döydü VİDEO
Türkiyənin Giresun vilayətində orta məktəb direktoru otağında döyülüb.

Direktor məktəb şagirdlərindən birinin atası tərəfindən hücuma məruz qalıb.

Məktəb direktoru Ömər Göbelin şagirdlərdən birinin valideynlərini otağında qəbul edib. Söhbət əsnasında valideynlərlə direktorun sözü çəp gəlib. Bu zaman əsəblərini cilovlaya bilməyən ata oğlunu və arvadını otaqdan çıxarıb. Özü isə direktora hücum edib. O, direktora ağır xəsarətlər yetirib.

“Aldığım zərbələr nəticəsində ayağım sındı. Başımda şişlər var. Gözüm göyərib. Bədənimdə də ağrılar var. Təbii ki, aldığım zərbələrin nəticəsi sonradan məlum olacaq”, - deyə məktəb direktoru bildirib.

Baş verən hadisə müşahidə kamerası vasitəsilə çəkilib.

teref.az həmin kadrları təqdim edir:
[media=https://www.youtube.com/watch?v=xLMmFh-n_h8]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.