Türkiyə Əsədlə danışıqlara başladı - İddia

12-04-2016, 10:05           
Türkiyə Əsədlə danışıqlara başladı - İddia
Türkiyə və Suriya hökuməti Əlcəzairdə gizli danışıqlar reallaşdırıb.

Axar.az xəbər verir ki, bu iddia ilə Əlcəzairin “Əl Vətən” qəzeti çıxış edib.

Məlumata görə, danışıqlar PYD-nin Suriyada federasiya elan etməsindən dərhal sonra başlayıb, Türkiyə tərəfi Suriya ilə münasibətlərin normallaşmasına cəhd edib.

Danışıqlar Əlcəzair hökumətinin vasitəçiliyi ilə baş tutub.

Qeyd edək ki, Əlcəzairin Türkiyə və Rusiya arasında yaşanan SU-24 böhranında da vasitəçilik etdiyi iddia olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.