İsrail Türkiyənin şərtlərini qəbul etdi - Video

12-04-2016, 18:36           

Türkiyə ilə İsrail arasındakı gərginliyin əsas səbəbi olan Qəzzanın blokadası qaldırılır.

Ölkə.az xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Nazirin sözlərinə görə, digər iki şərtin yerinə yetirilməsi üçün danışıqlar davam etdirilir.

Xatırladaq ki, Türkiyə və İsrail heyətləri arasındakı son danışıqlar keçən həftə Britaniyanın paytaxtı Londonda baş tutmuşdu. Toplantıda Türkiyənin şərtləri İsrail tərəfindən qəbul edilib. Birinci şərt "Mavi Mərmərə" gəmisinə İsrailin hücumuna görə Tel-Əvivin üzr istəməsi, ikinci şərt gəmidə öldürülənlərin ailələrinə təzminat ödənməsi, üçüncü şərt isə Qəzza bölməsinə tətbiq edilən İsrail embarqosunun qaldırılması idi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.