İzmirdə göydən pul yağdı (FOTO)

8-05-2015, 22:02           
İzmirdə göydən pul yağdı (FOTO)
İzmirdə 24 yaşlı gənc sevdiyi qızı inandırmaq üçün qeyri-adi addım atıb.

ANS PRESS-in məlumatına görə, Fateh adlı oğlan bu yolla sevdiyi qıza "onun üçün saat qülləsini də ala biləcəyini" sübut etmək istəyib.

O, Konak Meydanında faytonla gəzərək saxta avroları havaya atıb. 100, 200 və 500-lük əskinasları görənlər onları həqiqi pul bilərək yığmağa başlayıblar. Fatehin dostları isə kənardan olanları çəkib.

Saat qülləsinin ətrafında faytonla dövrə vuran gənci polis işçiləri dayandıra biliblər. Fateh onlara öz niyyətini izah edəndən sonra polislər ondan yerə tökdüyü kağızları yığmağı tələb edib. Bundan sonra o, dostları ilə birlikdə saxta avroları bir-bir yığıb.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.