Sabir Rüstəmxanlı DAK-da yeni təyinatlar apardı

12-05-2015, 15:22           

Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin ilk iclasından sonra DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yeni təyinatları imzalayıblar.

DAK mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, konqresin Nizamnaməsinə və İdarə Heyətinin 19 aprel 2015-ci il tarixli iclasının qərarına əsasən, prof. Abuzər Bağırov həmsədrlərin birinci müavini, AMEA-nın elmi işçisi Yasəmən Qaraqoyunlu DAK-ın Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, Siyavuş Mustafayev Qarabağ məsələsi üzrə müşavir, Xəzər Emin Mədəniyyət məsələləri üzrə müşavir təyin ediliblər.

İsmayıl Ağayev Azərbaycan nümayəndəliyinin başçısı, Eldar Qaradağlı Avropa üzrə təmsilçi, prof. Əkrəm Fevzi Tərzi oğlu İraq nümayəndəliyinin başçısı, Orhan Çiftçi Avstriya nümayəndəliyinin başçısı, Əhməd Qeybi Avstraliya nümayəndəliyinin başçısı, Fərzalı Şərifov Tacikistan nümayəndəliyinin başçısı, Nail Əhməd Polşa nümayəndəliyinin başçısı, Sərraf Kərimov Tatarıstan nümayəndəliyinin başçısı, Esmira Madatova ABŞ nümayəndəliyinin başçısı, Esmira Əsədova Kanada nümayəndəliyinin başçısı, Tursunay Türksoy Doğu Türküstan (Çin) nümayəndəliyinin başçısı, Mətin Çapan Türkiyə nümayəndəliyinin başçısı, Leyli Rəşidli Fransa nümayəndəliyinin başçısı və Səməndər Mehdiyev Qərbi Azərbaycan (indiki Ermənistan) nümayəndəliyinin başçısı təyin edilib.

DAK-ın tərkibində Dərbənd, Borçalı, Güney Azərbaycan, Qarabağ və Qərbi Azərbaycan departamentləri yaradılıb. Qeyd edək ki, yaxın günlərdə digər ölkələr üzrə nümayəndələr də təyin olunacaq.

DAK-ın Nəzarət Təftiş Komissiyasının iclasında isə Şəhruz Cəngcu (Güney Azərbaycan) NTK sədri seçilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.